AZ

Son Hın Min “Tottenhem”i tərk etdi - Rəsmi

Futbol üzrə Cənubi Koreya yığma komandasının sol vingeri Son Hın Min İngiltərənin “Tottenhem” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Hücumçunun öz istəyi ilə komandadan ayrıldığı bildirilib. 33 yaşlı forvard bunun karyerasının ən çətin qərarı olduğunu söyləyib. “Tottenhem” Sona xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Son Hın Min “Tottenhem”ə 2015-ci ilin avqust ayında 20 milyon avro məbəğ müqabilində Leverkuzen “Bayer”indən tamhüquqlu əsasda keçmişdi. “Sonni”nin “mahmızlar”la müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə idi.

Geridə qalmış 2024/2025-ci illər mövsümündə Son kapitanı olduğu “Tottenhem”in heyətində bütün yarışlarda 46 oyunda 11 qol vurub, 12 məhsuldar ötürmə verib.

“Sonni”nin “mahmızlar”ın heyətində çıxışının ümumi mənzərəsi 454 oyun, 173 qol və 101 məhsuldar ötürmədən ibarətdir.

Son hazırda kapitanı olduğu, 2010-cu ilin dekabr ayında debüt etdiyi Cənubi Koreya Respublikası yığmasının heyətində 134 oyun keçirib, 51 qol vurub, 23 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 33 yaşlı hücumçunun transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
13
arena.az

1Mənbələr