AZ

B kateqoriyalı sürücülük vəsiqəsi olanların diqqətinə

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Avropa İttifaqı, yaşlı sürücülərdə refleks itkisi və buna bağlı yol qəzalarının artması səbəbilə sürücülük vəsiqələrində yaşla bağlı məhdudiyyətlər tətbiq edib.

"Cebheinfo.az" xəbər verir ki, 15 iyul tarixindən etibarən İspaniyada qüvvəyə minən bu qərar xüsusilə B kateqoriyalı sürücülük vəsiqəsinə sahib olan şəxsləri əhatə edir.

Tətbiq Avropa İttifaqı ölkələri üzrə yayılması planlaşdırılan yeni bir dövrün ilk addımı kimi qiymətləndirilir. Yeni qərara əsasən, Avropa İttifaqı ölkələrində 75 yaşını keçmiş şəxslər B kateqoriyalı sürücülük vəsiqəsi ilə avtomobil idarə edə bilməyəcəklər. B kateqoriyası 3.500 kiloqramdan artıq olmayan minik avtomobillərini əhatə edir. Bundan əlavə, İspaniyada daha əvvəl 70 yaşdan sonra tətbiq olunan iki ildən bir tibbi müayinələr tələbi artıq 65 yaşdan etibarən tətbiq olunacaq.

Bu müayinələrdən keçən və sağlam hesab edilən sürücülər müəyyən müddət aralıqlarla sürücülük vəsiqələrini yeniləyərək yol hərəkətinə çıxa biləcəklər. Dünya miqyasında yaşlı sürücülərin iştirakı ilə baş verən yol qəzaları ciddi təhlükəsizlik problemi olaraq önə çıxır.Yaponiyada olduğu kimi bəzi ölkələrdə 75 yaşdan yuxarı sürücülərin avtomobillərinə “yaşlı sürücü” mənasını verən “Koreyja” işarəsinin yapışdırılması məcburi hala gətirilib. Bu kimi tətbiqlərin gələcəkdə digər ölkələrdə də geniş yayılması gözlənilir.

Qeyd olunan qayda bəzi yaşlı insanlar tərəfindən narazılıqla qarşılanıb. Xüsusilə tək yaşayan və gündəlik həyatını davam etdirmək üçün avtomobilə ehtiyacı olan yaşlı şəxslər, bu qərarın onlara çətinlik yaradacağını iddia edirlər.

Nigar Hacılı 

"Cebheinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
1
cebheinfo.az

2Mənbələr