Kolumbiya məhkəməsi ölkənin sabiq prezidenti Alvaro Uribeni 12 il ev dustaqlığına məhkum edib.
Bu barədə "Caracol" xəbər portalı məlumat yayıb.
Kolumbiyanın 2002-2010-cu illərdə prezidenti olan Alvaro Uribe fırıldaqçılıq və rüşvətxorluqda ittiham olunur.
Bundan əlavə A.Uribe 822 min dollar cərimə olunub və səkkiz ildən artıq dövlət vəzifəsində işləmək hüququndan məhrum edilib.
(Oxu.az)