Malidə rus qüvvələrinə hücumlar davam edir.
Ölkə.Az-ın məlumatına görə, "Mepa News"un yerli mənbələrə istinadən yaydığı məlumata görə, bu gün Malinin mərkəzi hissəsində Rusiya hərbçiləri və Mali ordusunun əsgərlərinin daxil olduğu kolonna silahlı hücuma məruz qalıb.
Hücum Mopti bölgəsində, Tenenkou yaşayış məntəqəsi yaxınlığında baş verib.
Hücum edilən Rusiya qüvvələri əvvəllər “Vaqner” kimi tanınan, lakin sonradan Afrika Korpusu adı altında yenidən təşkil edilmiş qrupun tərkibində fəaliyyət göstərirmiş.
Silahlı hücum nəticəsində çox sayda əsgər, o cümlədən rusiyalı hərbçilər həlak olub.
Hücumun məsuliyyətini “Camaat Nusrat əl-İslam vəl-Muslimin” (JNIM) adlı qruplaşma öz üzərinə götürüb. Onlara bağlı mənbələr hücumdan sonra çəkilmiş görüntüləri sosial şəbəkələrdə yayımlayıblar.