İmişlidə baş verən qəzada 3 nəfər ölüb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə İmişli şəhərində qeydə alınıb.
Yük avtomobili ilə “VAZ21099” markalı avtomobilin toqquşması nəticəsində “Vaz 21099”-un sürücüsü və 2 qadın sərnişin ölüb.
Faktla bağlı araşdırma aparılır.