AZ

2,100-dən çox şəxs özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunub

Son bir ay ərzində paytaxt və regionlarda 2,114 işsiz və işaxtaran şəxsə mal və materiallar formasında aktivlər təqdim olunub. Bu barədə məlumatı Dövlət Məşğulluq Agentliyi yayıb.

Agentliyin açıqlamasına görə, sözügedən şəxslər üçün əvvəlcə kiçik biznesin təşkili və idarə olunması üzrə təlimlər keçirilib. Təlimləri uğurla başa vuran iştirakçılar daha sonra kiçik təsərrüfatların yaradılması məqsədilə aktivlərlə təmin olunublar.

Proqram Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunur və ölkədə özünüməşğulluğun təşviqinə yönəlib.

 

 

 

Seçilən
3
1
anews.az

2Mənbələr