Bu il I ixtisas qrupu üzrə informatika yönümlü abituriyentlərin imtahan nəticələri ötən illə müqayisədə aşağıdır. Əvəzində kimya yönümlü şagirdlər daha yüksək nəticələr göstəriblər.
Təhsil eksperti Elçin Murad AzEdu.az-ın “TəhsilSİZ” verilişinə açıqlamasında bildirib ki, bu ixtisas qrupu üzrə təxminən 3500-4000 nəfərin ali məktəblərdən kənarda qalması gözlənilir. Səbəblər arasında blok imtahanında 100 bal həddini keçə bilməyənlərin çoxluğu və abituriyentlərin 200 ballıq ixtisaslara uyğun gəlməməsi xüsusi vurğulanır.
Bir çox abituriyent buraxılış imtahanından yaxşı nəticə toplasa da, blok mərhələsində 100 balı keçə bilməyib
"Bu səbəbdən onların yalnız 150 ballıq ixtisaslar üzrə seçim etmək imkanı olacaq, nəticədə isə 200 ballıq ixtisas yerləri boş qala bilər.
II ixtisas qrupunda vəziyyət daha sabitdir
"Plan yerləri ilə müraciət edən abituriyentlərin sayı təxminən eyni səviyyədədir. Bu qrupda əsas risk düzgün ixtisas seçiminin edilməməsi ilə bağlıdır. Əgər seçimlər müvafiq şəkildə aparılarsa, çox ciddi kəsilmə gözlənilmir".
Ən ciddi rəqabətin isə III ixtisas qrupunda olacağı proqnozlaşdırılır
"Buradatəxminən 5-6 min nəfər ali məktəbdən kənarda qala bilər.Bu vəziyyət həm plan yerlərinin məhdudluğu, həm də balların yüksək olması ilə əlaqədardır".
IV ixtisas qrupunda 500-1000 nəfərin kəsilməsi ehtimalı var
"Ən çox müraciətin tibb ixtisasına olduğu IV ixtisas qrupunda aşağı bal toplayan abituriyentlər, alternativ olaraq, kimya-biologiya üzrə digər ixtisaslara yönəlirlər".
Bu il ən çox rəqabət III və V ixtisas qruplarında müşahidə olunacaq
"I və III qrup üzrə ali məktəblərə qəbul ola bilməyən bir çox abituriyent məcburən V qrupun qabiliyyət tələb etməyən ixtisaslarına yönələcəklər. Bu da V qrupda bəzi ixtisaslarda keçid ballarının ikiqat artmasına səbəb ola bilər".