AZ

“Qurban Qurbanovun son hərəkəti...” – Fariz Yusifov bu qərarın olacağından narahatdı

Gələn mövsümdən La Liqada yeni qayda tədbiq ediləcək.

Belə ki, baş məşqçilər matç ərzində iki dəfə hakimdən VAR tələb edə biləcək. Tələbləri haqlı olsa, tələb haqqı azalmayacaq. Bu format uğurlu olsa, başqa çempionatlarda da tətbiqi istisna deyil.

Bəs bu yenilik Azərbaycana “ayaq açsa”, necə olar? Tələbkar, hakimlikdən narazı qalan hakimlərimiz çoxdu. Format Azərbaycana gətirilsə, uğurlu olarmı?

Sualı Fariz Yusifova ünvanladıq:
“Yenə hakimliyin nüfuzuna xələl gətirəcək hərəkətlər. Qurban Qurbanovun son hərəkəti – planşetə zərbə vurması bunun üzərinə kölgə salacaq. Baxmayaraq ki, hakimin həmin epizodda qərarı düzgün idi. Bu, hakimliyin mənafeyi baxımından mənfi qərardı. Onsuz da məşqçilər hakimlərə münasibətdə çox aqressivdi. Təsəvvür edin ki, baş məşqçi haqlı çıxır. Di gəl ondan sonra oyunu idarə et. Bu məsələyə çox mənfi yanaşıram”.
MÜZƏFFƏR QULUZADƏ
Seçilən
6
1
football-plus.az

2Mənbələr