AZ

“Qardaş ölkə olaraq Suriyanın inkişafına və bərpasına birgə dəstək göstəririk” -Mixayıl Cabbarov

"Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı bu ölkənin bərpasına öz töhfəsini verəcək".

Redaktor.az APA-ya istinadla xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin Kilis vilayətinin Yavuzlu kəndində Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimi zamanı bildirib.

Onun sözlərinə görə, bu gün baş tutan mərasim birgə əməkdaşlıq nəticəsində hansı işlərin baş tuta biləcəyinin əyani göstəricisidir.

Nazirin onu da qeyd edib ki, Suriya bu gün normallaşma prosesinin başlanğıcını qoyur: "Çox qısa müddətdə bu prosesin reallaşması üçün böyük işlər görüldü. Bu hadisənin reallaşması birgə səylərin nəticəsidir. Bu layihənin icrası Türkiyənin dəstəyi olmadan baş tuta bilməzdi. Qardaş ölkə olaraq Suriyanın inkişafına və bərpasına birgə dəstək göstəririk. Bu, birgə əməkdaşlığın nəticəsində mümkün olub", - Mikayıl Cabbarov vurğulayıb.

Seçilən
30
9
redaktor.az

10Mənbələr