AZ

“Sanderlend” Robin Rufsu satın aldı

“Sanderlend” 22 yaşlı niderlandlı qapıçı Robin Rufsu NEK-dən tamhüquqlu əsasda “qara pişiklər”in heyətinə qatıb.

Arena.az bu barədə “Sanderlend”in mətubat xidmətinə istinadən məlumat verir.

Tərəflər 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Keçid İngiltərə klubuna 10,5 milyon avro məbləğ müqabilində başa gəlib.

Robin Rufs NEK-in məzunudur və karyerası ərzində ancaq doğma klubu üçün çıxış edib.

Geridə qalmış mövsümdə Rufs NEK üçün 33 oyuna çıxıb, 45 qol buraxıb, 10 oyunda qapısının toxunulmazlığını təmin edib.

Rufsun NEK-in heyətində çıxışının ümumi mənzərəsi isə 42 oyun, 55 buraxılmış qol və 13 “quru” oyundan ibarətdir.

Robin Rufs Niderlandın U-16, U-17, U-19 və U-21 komandalarına cəlb edilib, əsas yığmaya isə çağırış hələ almayıb.

Robin Rufs futbolda heç bir qənimət qazanmayıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı niderlandlı qapıçının transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
17
arena.az

1Mənbələr