"Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı bu ölkənin bərpasına öz töhfəsini verəcək".
Aznews.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin Kilis vilayətinin Yavuzlu kəndində Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimi zamanı bildirib.
Onun sözlərinə görə, bu gün baş tutan mərasim birgə əməkdaşlıq nəticəsində hansı işlərin baş tuta biləcəyinin əyani göstəricisidir.