Almaniyanın Federal Statistika İdarəsi (Destatis) 2025-ci ilin ilk yarısında ölkədə pivə satışlarının yeni antirekord həddə düşdüyünü açıqlayıb. Bu barədə qurumun rəsmi saytında məlumat verilib.
Azreform.info -ın məlumatına görə, rəqəmlərə əsasən, pivə satışları ötən ilin eyni dövrü ilə müqayisədə 262 milyon litr azalıb ki, bu da 6,3%-lik geriləmə deməkdir. İlk dəfə olaraq 1993-cü ildən bəri altı aylıq satış həcmi 4 milyard litrdən aşağı düşüb.
Qeyd edək ki, oxşar azalma templəri 2023-cü ilin ikinci yarısında və 2020-ci ilin ilk yarısında da müşahidə olunmuşdu. O dövrdə pivə ixracı da 7,1% azalmışdı.
Mütəxəssislər bu sabit azalma tendensiyasını demoqrafik dəyişikliklərlə, sağlam həyat tərzinin populyarlaşması ilə və gənclər arasında istehlak vərdişlərinin dəyişməsi ilə əlaqələndirirlər.