AZ

Hansı komandalar Azərbaycan çempionu olub? SİYAHI

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Son zamanlarda Azərbaycan futbolunda az da olsa, inkişaf hiss olunur. 

Düzdür, bu inkişafı milli komandada görmürük. Lakin klub səviyyəsində müəyyən qədər irəliləyiş var.

Bu, avrokuboklarda da özünü biruzə verir. Artıq klublarımız Avropada daha yaxşı çıxış edərək, uğurlu nəticələr əldə edirlər. 

Son illərdə klublarımızın keyfiyyətli legionerlər transfer etməsi liqamızın da səviyyəsini artırıb. 

Üstəlik, yeni mövsümdən etibarən yenidən liqamızda 12 komandanın mübarizə aparması marağı daha da artırır. Bu mövsüm çempionluq yarışının qızğın rəqabətə səhnə olacağı gözlənilir. 

Çempionluqdan söz düşmüşkən, indiyə kimi liqamızda hansı komandalar birinci olub? 

"Cebheinfo.az" bu barədə araşdırma edib. 

Azərbaycan Premyer Liqasında ən çox çempion olan komanda "Qarabağ"dır. 

Ağdam təmsilçisi 12 dəfə bu uğura nail olub. "Qarabağ" ardıcıl 7 dəfə çempion olmaq rekorduna da sahibdir. 

Onu 9 çempionluqla "Neftçi" izləyir. Həmçinin, "Kəpəz" 3, "Bakı", "İnter" və "Şəmkir" 2, "Xəzər Lənkəran" və "Turan Tovuz" isə 1 dəfə çempion olub. 

Mövsümlərə görə çempionluq siyahısı isə belədir:

* "Neftçi" - 1992

* "Qarabağ" - 1993

* "Turan Tovuz" - 1993-94

* "Kəpəz" - 1994-95

* "Neftçi" - 1995-96

* "Neftçi" - 1996-97

* "Kəpəz" - 1997-98

* "Kəpəz" - 1998-99

* "Şəmkir" - 1999-2000

* "Şəmkir" - 2000-01

* "Neftçi" - 2003-04

* "Neftçi" - 2004-05

* "Bakı" - 2005-06

* "Xəzər Lənkəran" - 2006-07

* "İnter" - 2007-08

* "Bakı" - 2008-09

* "İnter" - 2009-10

* "Neftçi" - 2010-11

* "Neftçi" - 2011-12

* "Neftçi" - 2012-13

* "Qarabağ" - 2013-14

* "Qarabağ" - 2014-15

* "Qarabağ" - 2015-16

* "Qarabağ" - 2016-17

* "Qarabağ" - 2017-18

* "Qarabağ" - 2018-19

* "Qarabağ" - 2019-20 

* "Neftçi" - 2020-21

* "Qarabağ" - 2021-22

* "Qarabağ" - 2022-23

* "Qarabağ" - 2023-24

* "Qarabağ" - 2024-25. 

Elmir Mustafa 

"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
1
cebheinfo.az

2Mənbələr