AZ

Alparslan Bayraktar: "Türkiyə Suriyaya elektrik enerjisi ixracını 2 dəfədən çox artırmağı hədəfləyir"

Hazırda Türkiyə Suriyaya 8 fərqli nöqtədən elektrik enerjisi ixrac edir.

"Report"un Kilisə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

Onun sözlərinə görə, ixrac həcmini ilkin mərhələdə 25 %, daha sonra əlavə edilən xətlərlə 2 dəfədən çox artırmağı hədəflənir: "İşlər tamamlandığında bağlantı həcmimiz 860 megavatta çatacaq və Suriyadakı 1,6 milyon evin elektrik enerjisi ehtiyacını qarşılayacağıq".

Seçilən
31
6
report.az

9Mənbələr