AZ

İspaniyaya rekord sayda turist gəlib

Yay mövsümü dövründə İspaniyanı 44,5 milyon turist ziyarət edib. 

 

Sfera.az xəbər verir ki, bu barədə EFE xəbər agentliyi İspaniya Milli Statistika İnstitutunun (INE) açıqladığı məlumatlara istinadən məlumat yayıb. 

 

Bu rəqəm əvvəlki rekorddan 4,7 faiz çoxdur. 

 

Turistlər İspaniyada 59,622 milyard avro xərcləyiblər ki, bu da rekord göstəricidir. 

 

INE-nin dərc etdiyi rəqəmlər, Portuqaliyaya gələn turistlərin 15 faiz, eləcə də İrlandiya və İtaliyaya - hər birində 7,7 faiz artdığını göstərir.


Firuzə Əliyeva
Sfera.az

Seçilən
5
1
sfera.az

2Mənbələr