AZ

“Turan Tovuz” neçə ev oyununu “Qarabağ”ın stadionunda keçirəcək?

ain.az bildirir, Qol.az portalına istinadən.

Xəbər verdiyimiz kimi, Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi işlərinə start verilib. Filip Şarplazın rəhbərlik etdiyi “Caspian Sport and Landscape” şirkəti ilə anlaşmaya əsasən süni örtük söküldükdən sonra drenaj və suvarma sisteminin quraşdırılması işləri həyata keçiriləcək. Bundan sonra torpaq hissəsinin yerləşdirilməsinə və müasir standartlara cavab verən təbii ot örtüyünün salınmasına başlanacaq. İşlərin oktyabr ayının sonuna kimi tamamlanması nəzərdə tutulub.

Bu müddətdə “Turan Tovuz” ev oyunlarını Bakıda, “Qarabağ”a məxsus olan “Azərsun Arena”da keçirəcək.

Bəs, bu oyunları sayın nə qədər olacaq. Bu haqda QOL.az-a məlumat daxil olub.

Bildirilir ki, işlər plana uyğun getsə, “Turan Tovuz”un 4-5 ev oyununu “Azərsun Arena”da keçirməsi nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
qol.az

2Mənbələr