AZ

Reuters: NATO Ukraynaya silah tədarükünü sadələşdirəcək

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

NATO Ukraynaya silah tədarükü üçün yeni mexanizm üzərində işləyir

Gununsesi.info xəbər verir ki,  bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Kiyev 500 milyon dollarlıq partiyalarda ehtiyac duyduğu silahlara üstünlük verməlidir və NATO müttəfiqləri baş katib Rutte ilə koordinasiyada bunun üçün kimin vəsait ayıracağına qərar verəcəklər.

Ehtimal olunur ki, bu yanaşma sayəsində alyans Ukraynanı 10 milyard dollar dəyərində Amerika silahları ilə təmin edə biləcək.

Mənbələrdən birinə görə, bu, Avropa ölkələrinə ABŞ-dan daha tez silah almağa və uzun bürokratik prosedurlardan qaçmağa imkan verəcək.

Məqalədə bildirilir ki, yeni mexanizm çərçivəsində Ukrayna üçün ən azı bir silah partiyası müzakirə olunur.

Gununsesi.info 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
39
icma.az

1Mənbələr