AZ

ABŞ avqustun 7-dən etibarən 68 ölkə və Avropa İttifaqına tariflər tətbiq edəcək

Müəllif: Gülnar Əhmədli, Banco.az

ABŞ prezidenti Donald Tramp 68 ölkə və Aİ-yə qarşı ticarət tariflərinin tətbiqi haqqında fərman imzalayıb.

Banco.az xəbər verir ki, tariflər avqustun 7-də qüvvəyə minəcək .

Ağ Ev Çin, Kanada və Meksika da daxil olmaqla, bəzi ölkələrin rüsumlarının "ayrı-ayrı əmrlərlə idarə olunduğunu" açıqlayıb. Kanadada rüsumlar 25%-dən 35%-ə qaldırılıb.

Tariflərin artırılmasını elan edən Ağ Evin bəyanatında ABŞ-Meksika-Kanada Müqaviləsi (USMCA) çərçivəsində güzəştli tarif rejiminə uyğun malların yeni tariflərdən azad olduğu vurğulanıb.

Fərmanda qeyd olunmayan ölkələrə 10% baza tarifi tutulacaq.

Ən yüksək rüsumlar Əlcəzairə (30%), Bosniya və Herseqovina (30%), İraq (35%), Laos (40%), Myanma (40%) və Suriyaya (41%) təsir edəcək.

O cümlədən, MDB ölkələri arasında Qazaxıstan və Moldovadan gələn mallara 25% rüsum tətbiq edilib.

Aİ ölkələrindən gələn mallara 15% rüsum tətbiq edilib. Bu qərarı Macarıstanın baş naziri Viktor Orban tənqid edib. O xatırladıb ki, Macarıstan ABŞ-yə ildə təxminən 11 milyard dollarlıq mal ixrac edir və ABŞ-yə ixrac edən macar şirkətlərinin işçiləri ixtisar etməməsi və istehsal müəssisələrini bağlamaması vacibdir.

Orban Macarıstanın tariflərlə bağlı milli fəaliyyət planı hazırlamaq niyyətini də açıqlayıb.

Serbiya və İsveçrə kimi Aİ-yə daxil olmayan ölkələr ən yüksək tariflərdən bəzilərinə tabedir - müvafiq olaraq 35% və 39%.

Hər iki ölkə Tramp administrasiyasının hərəkətlərindən məyus olduğunu bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
3
banco.az

1Mənbələr