KİLİS, 2 avqust. TELEQRAF
Biz bu gün tarixi ana şahidlik edirik.
Teleqraf-ın Türkiyənin Kilis şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri Azərbaycan qazının Suriyaya nəqli ilə bağlı keçirilən mərasimdə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarbildirib.
O, Suriya xalqının həyat səviyyəsini yaxşılaşdırmaq üçün Türkiyə Prezidentininəməli addımlar atılması tapşırıq verdiyini qeyd edib: "Elekrik tədarüki ılə bağlı araşdırma apardıq. Dekabrda Dəməşqə 2 heyət göndərildi. Enerji təchizatı ilə bağlı təkliflər verdik. Nəticədə, müqavilə imzalandı. Biz bu gün tarixi ana şahidlik edirik".