AZ

Sven Ulrayxın oğlu vəfat etdi

“Bayern”in 36 yaşlı alman qapıçısı Sven Ulrayxın ailəsinə ağır itki üz verib – qapıçının oğlu uzun sürmüş ağır xəstəlikdən sonra vəfat edib.

Arena.az məlumat verir ki, bu barədə Ulrayx özünün sosial şəbəkə hesabı üzərindən bildirib:

“Bu gün biz dərin hüznlə bildirmək istərdik ki, bizim oğlumuz Len bir neçə həftə əvvəl, uzun sürmüş ağır xəstəlikdən sonra vəfat edib.

Bunu məhz indi ictimailəşdirmək qərarı bizim üçün inanılmaz dərəcədə ağırdır, ancaq bu, bizim üçün bir ailə olaraq vacib addımdır ki, ətrafımızdakılar və ictimaiyyət üçün vəziyyəti açıqlayaq. İndi biz öz qızımızla birlikdə addım-addım həyata qayıtmağa çalışırıq. Bizim ailələrimizə, dostlarımıza və “Bayern” futbol klubuna onların son bir neçə ay ərzində göstərdikləri ədəbi və nəhəng dəstəyi müqabilində təşəkkürümüzü bildiririk – bu, bizim üçün çox şey deməkdir.

Biz ictimaiyyətdən və kütləvi informasiya vasitələrindən diqqətli olmalarını və bizim şəxsi həyatımıza hörmət etmələrini xahiş edirik. Sizlərdən, sonrakı sorğulardan və bəyanatlardan çəkinməyinizi xahiş edirik. Liza və Sven”, – Ulrayx ailəsi kədərlə paylaşıb.

Seçilən
4
arena.az

1Mənbələr