AZ

"Sabah"a lazım olmadı, debütant götürüb apardı

«Sabah»dan ayrılan Fəxri Məmmədli karyerasını «İmişli»də davam etdirmək fürsəti yaxalayıb.

19 yaşlı müdafiəçi Premyer Liqada ilk mövsümünü keçirməyə hazırlaşan aran təmsilçisindən dəvət alıb.

O, indi bu komandanın düşərgəsindədir və yaxın günlərdə müqavilə imzalaması gözlənilir.

«Bayquşlar» 2 illik müqaviləsi olan yetirməsi ilə kontraktı qarşılıqlı razılıq əsasında pozub.

Sol cinah oyunçusu ötən mövsümü icarə əsasında «Şamaxı»da keçirib.

Əyalət təmsilçisinin heyətində 11 matça çıxan və 1 qol vuran gəncı «Sabah»ın yeni baş məşqçisi Valdas Dambrauskas öz sərəncamında görmək istəməyib.

SPORTİNFO.AZ

Seçilən
5
sportinfo.az

1Mənbələr