AZ

Sirkə turşusu ilə zəhərlənən Sumqayıt sakini vəfat edib

Sumqayıtda 34 yaşlı kişi arıqlamaq məqsədilə sirkə turşusu qəbul etdikdən sonra zəhərlənərək həyatını itirib. Bu barədə “Report”un yerli bürosu məlumat verib.

1991-ci il təvəllüdlü Əlixanov Yusif Aydəmir oğlu ilkin olaraq Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olması səbəbilə o, daha sonra Bakıdakı Kliniki Toksikologiya Mərkəzinə köçürülüb. Reanimasiya şöbəsində göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, zəhərlənməyə səbəb şəxsin arıqlamaq məqsədilə sirkə turşusu qəbul etməsi olub.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Seçilən
0
2
anews.az

10Mənbələr