Avropanın ən kiçik hava limanı il ərzində çox az sayda sərnişin qəbul edir və gündəlik cəmi üç uçuşa xidmət göstərir.
Tribunainfo.az xəbər verir ki, Daily Expressin yazdığına görə, bu hava limanı təkcə Avropanın yox, həm də dünyanın ən kiçik hava limanlarından biri sayılır.
Maraqlıdır ki, hava limanının içindən yayımlanan videoda sərnişin öz reysini gözləyərkən ətrafda nə sıxlıq var, nə də izdiham. Əslində hava limanı demək olar ki, boşdur. Çexiyanın Ostrava şəhərində yerləşən bu hava limanı gündə cəmi 2-3 kommersiya reysi qəbul edir.
Turist mövsümünə bağlı işləyir
Oktyabrdan aprel ayına qədər hava limanı demək olar ki, fəaliyyətsizdir. Əsas yüklənmə yay aylarında – turizm agentliklərinin təşkil etdiyi reyslər zamanı baş verir.
Rəqəmlərə baxmayaraq, Airports Worldwide qeyd edir ki, bu hava limanı Çexiyanın sənaye və iqtisadi baxımdan önəmli mərkəzlərindən biridir.
Ostrava-Mošnov Beynəlxalq Hava Limanı adı ilə tanınan bu hava limanı ölkədə ikinci ən böyük hava limanı sayılır. Hal-hazırda Ostravadan cəmi bir daxili reys həyata keçirilir.
Yeri və önəmi
Ostrava Çexiyanın şimal-şərq hissəsində yerləşən mühüm nəqliyyat və logistika mərkəzidir. Hava limanı paytaxt Praqadan üç saatlıq məsafədə, Polşa sərhədinə isə çox yaxındır.
İmran Kərimli