AZ

Təqibçi təqib altında: Trampa qarşı işləri aparan keçmiş xüsusi prokuror istintaqa cəlb edilib

Oxu.az saytına istinadən ain.az xəbər verir.

ABŞ Ədliyyə Nazirliyi prezident Donald Trampa qarşı aparılan cinayət işlərinə rəhbərlik etmiş keçmiş xüsusi prokuror Cek Smit barəsində rəsmi istintaqa başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı nüfuzlu "The Washington Post" qəzeti yayıb.

Cek Smit Ədliyyə Nazirliyinin hüquqşünası kimi Donald Trampa qarşı iki cinayət işinə nəzarət edib. Bunlardan biri Trampın yanında tapılan məxfi sənədlərlə, digəri isə 2021-ci il 6 yanvar Kapitoli basqını ilə bağlı olub. Hər iki iş sonradan bağlanıb.

Jurnalistlərin əldə etdiyi sənəddə bildirilir ki, hazırda Smitin xüsusi prokuror kimi fəaliyyəti rəsmi şəkildə araşdırılır.

"Cek Smitin atdığı addımlar açıq şəkildə prezident Trampın seçki şansına zərər vurmağa yönəlmişdi və o, buna görə tam məsuliyyət daşımalıdır", - deyə ABŞ Senatının kəşfiyyat komitəsinə rəhbərlik edən respublikaçı senator Tom Kotton bildirib.

Qeyd edək ki, Cek Smit 2025-ci ilin yanvarında - Donald Trampın andiçmə mərasimindən dərhal sonra vəzifəsini tərk edib. Xüsusi prokuror olduğu müddətdə o, apardığı araşdırmaların tam müstəqil və hüquqi çərçivədə həyata keçirildiyini iddia edirdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
oxu.az

1Mənbələr