AZ

“Tramp Obama və Bayden deyil” Qrem ruslara xəbərdarlıq etdi

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ-nin respublikaçı senatoru Lindsi Qrem Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin ABŞ-yə qarşı təhdidlərini şərh edərkən ruslara xəbərdarlıq edib.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, respublikaçı senator açıqlamasında ABŞ Prezidenti Donald Trampın müharibə etmək niyyətində olmadığını, lakin lazım gələrsə, qətiyyətli addım atmağa hazır olduğunu vurğulayıb: "Rusiyadakı dostlarıma: Prezident Tramp münaqişə yox, sülh axtarır. Ancaq lütfən anlayın: o, Obama deyil, Bayden deyil və onunla zarafat etməmək daha yaxşıdır. Siz həddi aşırsınız".

Qeyd edək ki, bir gün əvvəl Tramp “Truth Social” sosial şəbəkəsində Medvedevin təxribat xarakterli bəyanatlarından sonra iki atom sualtı qayığının müvafiq rayonlarda yerləşdirilməsi barədə göstəriş verdiyini yazıb. Tramp Amerika xalqını qorumaq üçün bunu etməyə məcbur olduğunu qeyd edib.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
azpolitika.info

1Mənbələr