AZ

Abituriyentlər diqqət! - İxtisas seçimində köklü dəyişikliklər edildi

Qəbul imtahanlarının nəticələrinin açıqlanmasından sonra abituriyentlər və valideynlər üçün ən vacib mərhələlərdən biri  ixtisas seçimi prosesi başlayıb. Bu il isə bu mərhələdə bir sıra yeniliklər nəzərdə tutulub. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, müxtəlif tədris qruplarına yeni ixtisaslar əlavə edilib.

Dəyişikliklər ölkənin əmək bazarında formalaşan yeni tələblər, eləcə də texnoloji və iqtisadi inkişaf tendensiyaları nəzərə alınaraq həyata keçirilib. Məqsəd abituriyentlərə daha geniş seçim imkanı təqdim etməklə yanaşı, gələcək peşəkar kadr ehtiyacının ödənilməsinə dəstək verməkdir. Yeni ixtisasların əlavə olunması həm təhsil, həm də karyera planlamasında fərqli imkanlar yaradır.

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən təhsil eksperti Elmin Nuri bildirib ki, ixtisas seçimlərinə əlavə edilən yeni sahələr bu ildən etibarən universitetlərdə tədris olunacaq: pizza sifarişi

“Çoxlarını düşündürən suallardan biri budur ki, əgər bu ixtisaslar bu ildən tətbiq olunacaqsa, müəllim və peşəkar kadrlar necə təmin olunacaq? Əvvəlcə qeyd edim ki, hər hansı bir ixtisasın ali məktəblərdə əvvəllər tədris olunmaması, həmin sahədə ölkədə mütəxəssis çatışmazlığı olduğu anlamına gəlmir. Məsələn, IV ixtisas qrupu üzrə yeni əlavə olunan "Qidalanma və diyetologiya" sahəsi üzrə ölkəmizdə kifayət qədər peşəkarlar mövcuddur. Televiziyadan sosial mediaya qədər bu sahədə fəaliyyət göstərən mütəxəssislər var. Düzdür, onların arasında peşəsinə məsuliyyətsiz yanaşanlar da tapılır. Lakin ümumi götürdükdə, bu ixtisas üzrə kadr bazası formalaşıb”.

Ekspert bildirib ki, yeni ixtisaslarda yalnız nəzəri deyil, eyni zamanda praktiki biliklərin tədrisinə də xüsusi önəm veriləcək:

“Bu sahələr üzrə tədris aparacaq müəllimlər birbaşa istehsalat mühitindən dəvət olunacaq. Bu, tələbələrin yalnız kitab üzərindən deyil, real mühitdə də təcrübə qazanmalarına imkan verəcək”.

Elmin Nuri əlavə edib ki, I ixtisas qrupu üzrə yeniliklərdən biri də “Heyvandarlıq” ixtisasının təqdim edilməsidir. Onun sözlərinə görə, bu sahə tez-tez baytarlıqla səhv salınır:

“Bir çoxları düşünür ki, heyvandarlıq və baytarlıq eyni sahədir. Amma bu, yanlışdır. Baytarlıq heyvanların müalicəsi və tibbi müdaxilələri ilə məşğul olan sahədir. Heyvandarlıq isə kənd təsərrüfatı heyvanlarının məhsuldarlığının artırılması, onların düzgün idarə olunması və təsərrüfat yönümlü yanaşmaları əhatə edir. Bu sahədə də nəzəriyyədən çox praktik biliklər ön planda olacaq”.

Ekspertin fikrincə, yeni ixtisasların əlavə olunması təhsildə həm məzmun, həm də forma baxımından yeniliklər yaradacaq və tələbələrin real bacarıqlara yiyələnməsinə şərait yaradacaq.

Qeyd edək ki, yeni ixtisas qruplarına artırılan sahələr bunlardır:

I ixtisas qrupu üzrə

Riyaziyyat-kimya (RK) altqrupuna:

Riyaziyyat və fizika müəllimliyi

Xüsusi rabitə vasitələri mühəndisliyi

Kənd təsərrüfatı texnologiyaları

Qida texnologiyaları

Heyvandarlıq

Riyaziyyat-informatika (Rİ) altqrupuna:

Data analitikası

Proqram təminatı mühəndisliyi

III ixtisas qrupunun Dil-tarix (DT) altqrupuna üzrə:

Xüsusi pedaqogika

Kommunikasiya və rəqəmsal media

Dövlət təhlükəsizliyi və idarəetmə

IV ixtisas qrupu üzrə:

Qidalanma və diyetologiya

V ixtisas qrupu üzrə:

Adaptiv bədən tərbiyəsi

Kütləvi sağlamlaşdırıcı idman

Ümumi fiziki hazırlıq

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
14
1
yenisabah.az

2Mənbələr