AZ

“KarguFPV” dronu zireh dələn döyüş başlığı ilə təchiz olunub -VİDEO

Türkiyənin STM şirkəti döyüş meydanının yeni iştirakçısı olan “KarguFPV” dronunu zireh dələn döyüş başlığı və fiber-optik kabel ilə təchiz edib.

“Poliqon” STM-ə istinadən xəbər verir ki, daha əvvəl antipersonal (piyada əleyhinə) döyüş başlığı ilə sahəyə çıxan və avtonomiya ilə dəstəklənən dəqiq zərbə qabiliyyəti ilə fərqlənən “KarguFPV”, artıq zirehli texnikalara və möhkəmləndirilmiş hədəflərə qarşı yüksək təsir gücünə malik olacaq.

Həmçinin inteqrasiya olunan fiber-optik kabel sayəsində “KarguFPV” elektromaqnit müdaxilələrdən təsirlənmədən fəaliyyət göstərə biləcək, beləliklə GPS və ya RF siqnallarına ehtiyac duymadan təhlükəsiz uçuş və hədəfləmə imkanı təmin olunacaq.

Şirkətin bildirdiyinə görə, drona quraşdırılan hər iki sistemin sahə sınaqları uğurla tamamlanıb.

““KarguFPV”nin döyüş başlığı və rabitə sistemlərini inkişaf etdirərək bu platformanı çox yönlü bir həllə çevirdik. Xüsusilə zireh dələn başlıq və fiber-optik kabel qabiliyyəti “KarguFPV”nin döyüş meydanındakı istifadə sahələrini genişləndirir. STM olaraq dəyişən döyüş şəraitinə uyğun, uyğunlaşa bilən və yerli həllər təqdim etməyə davam edəcəyik”, – deyə STM-in baş direktoru Özgür Güleryüz vurğulayıb.

STM, avtonomiya, görüntü emalı və süni intellekt dəstəyi ilə təchiz olunmuş qabiliyyətlərini FPV sistemləri ilə birləşdirərək, gələcəyin döyüş sahələrini formalaşdıracaq texnologiyalar inkişaf etdirməyə davam edir. Assimmetrik döyüş şəraitindəki dinamik təhdidlərə qarşı çəkindirici güc olan “KarguFPV” dronu, operator tərəfindən idarə olunan real vaxt görüntü sistemi ilə düşmən hədəflərinə yönəlir və üzərindəki antipersonal və ya zireh dələn başlıqla hədəfi sıradan çıxarır. “KarguFPV”, yüksək manevr qabiliyyəti, gecə-gündüz effektiv əməliyyat bacarığı və aşağı radar izi ilə həm sabit, həm də hərəkətli hədəflərə qarşı dəqiq zərbə imkanı təqdim edir.

İnkişaf etmiş hərbi təhlükəsizlikli tapa və gecə-gündüz kamerası ilə təchiz olunmuş “KarguFPV”, radioelektron müdaxilə kimi sistemlərdən təsirlənmədən fəaliyyət göstərə bilir. Platforma, yaxınlıq tapası sensoru sayəsində tənzimlənə bilən məsafədə avtomatik partlayış imkanı təqdim edir. Dron, görüntü emalı dəstəyi ilə avtonom terminal dalış qabiliyyətinə malikdir ki, bu da ona hədəfi işarələyərək yüksək dəqiqliklə vurma bacarığı verir.

Texniki xüsusiyyətləri:

Əməliyyat mənzili – 10 km

Havada qalma müddəti – kamikadze rejimində 20+ dəqiqə, müşahidə rejimində 44 dəqiqə

Əməliyyat hündürlüyü – 500 m

Maksimum hündürlük – 5500 m

Döyüş başlığı – Döyüş Başlığı: 1.300 qramlıq antipersonal (820 ədəd qəlpə saçan bilyə)

Maksimum uçuş sürəti – 160 km/s

Faydali Yük Seçimləri:

Antipersonal döyüş başlığı

Zireh dələn döyüş başlığı

Fiber-optik kabel

1753708768

Seçilən
7
poliqon.az

1Mənbələr