PSJ-nin 26 yaşlı mərakeşli sağ cinah müdafiəçisi Əşrəf Hakimi zorlama ilə bağlı iş üzrə 15 il müddətinə azadlıqdan məhrum edilə bilər.
Arena.az bu barədə “Le Parisien” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Nanter prokurorluğu məhkəməyə müraciət edərək, Hakimiyə qarşı 2023-cü ildə qaldırılmış müvafiq iş üzrə ittiham irəri sürülməsini tələb edib.
Bildirilir ki, istintaq hakimi yekun hökm verməzdən öncə, müvafiq işə dair təsdiq və ya inkar qərarı qəbul etməlidir. Əgər təqsiri sübuta yetirilərsə, Əşrəf Hakmini 15 il müddətində həbs cəzası gözləyir.
Xatırladaq ki, Hakimiyə qarşı müvafiq cinayt işi 2023-cü ildə açılıb. Həmin ilin dekabr ayında Hakimi zorlamanın qurbanı olduğu iddia edilən qadınla istintaq əməliyyatı çərçivəsində üzləşib. Hakimi ittihamla bağlı təqsirini inkar edir.