Ötən ay Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkə “Instagram” olub.
Bu dövrdə “Instagram”ın Azərbaycanın sosial şəbəkə bazarındakı payı 34.01% təşkil edib. Bu isə cari ilin iyun ayı ilə müqayisədə 1.94 faiz bəndi çox, 2024-cü ilin iyul ayı ilə müqayisədə isə 4.15 faiz bəndi azdır.
İstifadəçi sayına görə, ikinci yerdə 31.73% payla “Facebook” qərarlaşıb. Sosial şəbəkənin bazar payı öncəki ayla müqayisədə 5.65 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə 8.85 faiz bəndi çox olub.
Ölkədə üçüncü ən çox istifadə edilən sosial şəbəkə 15.31% payla “YouTube” olub. Bu, iyun ayı ilə müqayisədə 5.26 faiz bəndi az, illik müqayisədə 4.13 faiz bəndi çoxdur.
Ötən ay “X” sosial şəbəkəsinin Azərbaycandakı bazar payı aylıq müqayisədə 2.58 faiz bəndi, illik 0.4 faiz bəndi azalaraq 7.1%-ə çatıb. Dövr ərzində “X” sosial şəbəkəsi istifadəçi sayına görə dördüncü yerdə qərarlaşıb.
Ötən ay “Pinterest” sosial şəbəkəsi siyahıda 5-ci yerdə qərarlaşıb. Şəbəkənin ölkəmizdəki bazar payı aylıq 0.08 faiz bəndi artıb, illik 7.78 faiz bəndi azalıb.
İstifadəçi sayına görə, altıncı yeri 2.56% payla “Reddit” sosial şəbəkəsi tutub. Sosial şəbəkə Azərbaycandakı bazar payını aylıq 0.19 faiz bəndi azaldıb, illik 0.38 faiz bəndi artırıb.
İyul ayında “Linkedin” sosial şəbəkəsi 1.18% bazar payı ilə yeddinci yerdə qərarlaşıb. Sosial şəbəkənin ölkədəki bazar payı aylıq 0.18% artıb, illik 0.23% azalıb.
APA