ain.az, Oxu.az saytına istinadən bildirir.
İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulması halının qarşısı alınıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 5 kiloqram 820 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.