ain.az, Oxu.az portalına istinadən məlumat verir.
Braziliyada tələbələr Rio-de-Janeyro və ölkənin digər şəhərlərində ABŞ konsulluğu qarşısında aksiyalar keçiriblər.
Oxu.Az "G1" portalına istinadən xəbər verir ki, etirazlar ABŞ Prezidenti Donald Trampın Braziliyadan idxal olunan mallara 50%-ə qədər rüsum tətbiq etməsi ilə bağlıdır.
San-Pauluda keçirilən aksiyaya iştirakçılar ABŞ prezidenti və Braziliyanın keçmiş lideri Jair Bolsonarunun müqəvvalarını gətiriblər.
Aksiyanın davamında nümayişçilər saxta dollarları, Trampın və Bolsonarunun müqəvvalarını, hətta ABŞ bayrağını da yandırıblar.
Mitinqlərdə müxtəlif həmkarlar ittifaqları da iştirak ediblər.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.