AZ

İki il yarım oynamayıb, 10 dəqiqəyə qırmızı kart alan ulduz futbolçu karyerasını bitirir

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

29 yaşlı yarımmüdafiəçi Dele Alli son 2.5 ildə cəmi bir oyun keçirdiyi üçün karyerasını bitirmək barədə düşünür.

Oxu.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, bir müddət əvvəl hər şey yaxşıya doğru gedirmiş kimi görünsə də, qışda onu Sesk Fabreqasın çalışdırdığı İtaliyanın A Seriyasında çıxış edən "Komo" klubu transfer etmişdi.

Dele Alli mart ayında "Milan"la oyunda debüt etdi və cəmi 10 dəqiqəyə qırmızı vərəqə aldı. O gündən bəri meydana çıxmayıb.

Mənbənin məlumatına görə, futbolçu hazırda fərdi şəkildə məşq edir və klub artıq ondan ümidini tam kəsib. Bütün bunlardan sonra Alli karyerasını bitirmək barədə düşünməyə başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
oxu.az

1Mənbələr