AZ

Zəngəzura qarşı tədbir: Yeganə Hacıyevanın Tehranda nə işi var? Foto

ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

İran hökumətinin yarımrəsmi “Mehr” agentliyinin direktoru İranın ali rəhbəri tərəfindən təyin olunur. 2003-cü ildən fəaliyyət göstərən agentlik avqustun 5-də Tehranda Ermənistanın Baş nazirinə bağlı “Orbeli Analitical Research” mərkəzi ilə birlikdə “Zəngəzur dəhlizi; İrana qarşı geosiyasi təhdidlər və müxtəlif aktorların məsələyə baxışı” (Zangezur Corridor; geopolitical threats against Iran and the perspectives of different actors) adı altında tədbir keçirəcək.

Bakupost.az xəbər verir ki, bu barədə mühacir jurnalist Elbəyi Həsənli qeyd edib.

O bildirib ki, adı çəkilən agentliyin direktoru Mehdi Rahmati tədbirin açılışında çıxış edəcək:

“Maraqlıdır ki, tədbirdə Türkiyəni qalmaqalları ilə məşhur olan Vətən Partiyasının başqanı Doğu Perinçək, Azərbaycanı isə Yegana Hacıyeva təmsil edəcək. Bu xəbəri “Mehr” agentliyi yayıb.

Tədbirin adından da göründüyü kimi, İran tərəfi Zəngəzur dəhlizinə qarşı öz mövqeyini bir daha ortaya qoyacaq. Nikol Paşinyana bağlı “Orbeli Analitical Research” mərkəzi niyə bu tədbirə qatılır, bəlli deyil. Yegana Hacıyeva Tehrana niyə getməlidir? Bunun nə mənası var?

İran prezidenti Pezeşkian birmənalı şəkildə Zəngəzur dəhlizinə dəstək verir. Üstəlik, o deyir ki, necə olur ki, İsrail kənardan gəlib Azərbaycanla əlaqə qurur: “Əgər İranla Azərbaycan arasında əlaqələr qurulmasa, məsuliyyət İran tərəfinin üzərinə düşür. Əgər rabitə qurulmazsa, deməli, günah İrandadır”.

Fakt budur ki, İran prezidenti Azərbaycana son dərəcə isti münasibət sərgiləyir. İranın ali dini lideri isə var gücü ilə Azərbaycana qarşı çıxır.

Ancaq xeyri yoxdur. İran Zəngəzur dəhlizinin açılmasının qarşısını ala bilməz. Ox yaydan çıxıb”.

Asena,

BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
www.bakupost.az

1Mənbələr