Əməkdar artist Rafael İsgəndərov yeni paylaşımı ilə diqqət mərkəzinə düşüb.
Yenisabah.az xəbər verir ki, tanınmış aktyor sosial media hesabında tətil zamanı çəkilmiş görüntülərini izləyiciləri ilə bölüşüb.
Kabab bişirən Rafael İsgəndərov kadrlara “Həci, yığ dost-aşnanı gəl, vallah!” sözlərini əlavə edib. Maraqlısı isə odur ki, çoxları videoda səsləndirilən sözlərin sonradan montaj edildiyini düşünsə də, əslində həmin sözləri deyən arxa kadrdakı insan olub. Dördpendirli pizza
Rafael İsgəndərovun bu paylaşımı sosial şəbəkələrdə maraqla qarşılanıb və bir çox izləyici tərəfindən bəyənilib. Onun zarafatla təqdim etdiyi bu kadrlar həm yumor, həm də səmimiyyəti ilə seçilib.
Aydan Hacı
Telegram kanalımız