AZ

Azərbaycanın dəstəyi sayəsində enerji təchizatı sabitləşdi - Suriya

BAKI, TurkicWorld

Azərbaycan, Türkiyə və Qətər hökumətlərinə təşəkkür edirik. Bu dəstəyin müsbət təsirlərini bütün Suriya xalqı hiss edəcək.

TurkicWorld xəbər verir ki, Suriya Energetika Nazirliyinin korporativ kommunikasiyalar üzrə direktoru Əhməd Süleyman, ölkəsinin enerji infrastrukturunun bərpasında Azərbaycan, Türkiyə və Qətərin göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Enerji əməkdaşlığı çərçivəsində Türkiyənin önəmli rol oynadığını vurğulayan Süleyman, "Türkiyə xəttin texniki baxımını həyata keçirdi, Suriya isə bağlantını təmin etdi. Bunun sayəsində münasib və aşağı maliyyətlə təbii qaz təchizatı mümkün oldu", – deyə qeyd edib.

Süleyman həmçinin bildirib ki, Qətər bir il ərzində Azərbaycan qazının Suriyaya çatdırılmasında heç bir ödəniş almadan dəstək göstərəcək. O, bu təşəbbüsün digər sahələrə də yayılacağına ümid etdiyini bildirib.

Səudiyyə Ərəbistanının elektrik, sənaye, turizm və digər sahələrdə mühüm investisiyalar etdiyini bildirən Süleyman, yaxın dövrdə bu ölkədə böyük enerji layihələrinin başlanacağını açıqlayıb.

Sonda o, bu təşəbbüsün yalnız təbii qaz təchizatı ilə məhdudlaşmadığını, həm də dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə xidmət etdiyini deyib:

Seçilən
4
turkic.world

1Mənbələr