AZ

BAAU ali təhsil müəssisələrinin sərgisində təmsil olundu - Fotolar

Bakı Avrasiya Universiteti (BAAU) Dövlət İmtahan Mərkəzinin (DİM) təşkilatçılığı ilə keçirilən ali təhsil müəssisələrinin sərgisində təmsil olunub.

“Qafqazinfo” xəbər verir ki,  avqustun 1-dək davam edən üç günlük sərgidə ölkədə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi iştirak edib.

Sərginin əsas məqsədi abituriyentləri ixtisas seçimi mərhələsindən əvvəl universitetlərin tədris imkanları, infrastruktur və təhsil proqramları ilə yaxından tanış etmək, eləcə də onlara düzgün ixtisas seçimi istiqamətində dəstək göstərmək olub.

Sərgidə BAAU-nun nümayəndələri iştirakçılara ali təhsil müəssisəsində mövcud ixtisaslar, təhsil və karyera imkanları, xarici universitetlərlə ikili diplom proqramları, maddi-texniki baza, təhsil haqları, güzəştlər və təqaüd proqramları barədə ətraflı məlumat təqdim ediblər. Həmçinin universitetin elmi-metodiki bazası və digər üstünlükləri də təqdimatlarla nümayiş olunub.




Seçilən
4
1
qafqazinfo.az

2Mənbələr