"Leyptsiq"in hücumçusu Benyamin Şeşko üçün "Nyukasl" və "Mançester Yunayted" arasında mübarizə davam edir.

Offsideplus.az xəbər verir ki, son gələn məlumatlara görə "sağsağanlar" bu transferdə bir addım önə keçib. Onlar sloveniyalı futbolçuya etdiyi təklifi yüksəldib və razılıq əldə etməyə yaxındır.

Bu barədə Sloveniya mətbuatı və insayder Saşa Tovalyeri məlumat yayıb.

"Leyptsiq" Şeşko üçün 90 milyon avro tələb edir. O, son iki mövsümdə 87 oyunda 39 qol vurmağı bacarıb.