AZ

“İnter Mayami” Lionel Messiyə rəhbər vəzifə təklif edəcək

sport24.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Argentina millisinin hücumçusu Lionel Messi tezliklə "İnter Mayami" ilə müqaviləsini uzatmağa hazırlaşır. Sport24.az "Marca"ya istinadən xəbər verir ki, tərəflər arasında yeni müqavilə şərti olaraq 2028-ci ilə qədər qüvvədə olacaq.

Mənbənin sözlərinə görə, MLS klubu 38 yaşlı futbolçuya Messi istədiyi vaxt karyerasını bitirmək imkanı verəcək.

Həmçinin qeyd edilir ki, "İnter Mayami" Lionelə karyerasını bitirdikdən sonra klubda rəhbər vəzifə təklif edəcək.

Qeyd edək ki, Messi bu mövsüm "İnter Mayami"nin heyətində bütün turnirlərdə 23 oyun keçirib, 19 qol vurub və 2 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
sport24.az

1Mənbələr