AZ

“Tottenhem” Son Hın Minlə yollarını ayırdı

ain.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.

İngiltərənin “Tottenhem” klubu cənubi koreyalı hücumçusu Son Hın Minlə yollarını ayırıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, “Nyukasl” klubu ilə oyundan Seulda keçirdiyi mətbuat konfransında klubdan ayrıldığını açıqlayıb.

33 yaşlı forvard bunun karyerasının ən çətin qərarı olduğunu bildirib.

Qeyd edək ki, Son Hın Min MLS-in “Los Angeles City” komandası ilə danışıqlar aparır. Digər tərəfdən, Səudiyyə Ərəbistanı klubları da onun trasferində maraqlıdır.

Xatırladaq ki, cənubi koreyalının "Tottenhem"lə müqaviləsinin bitməsinə 1 il qalıb. Hücumçu 2015-ci ildən “Tottenhem”də çıxış edir. O, klubla ötən mövsüm UEFA Avropa Liqasının qalibi olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
yeniavaz.com

1Mənbələr