AZ

ABŞ-nin yeni rüsumları Fransanın içki sənayesinə 1 milyard avroya başa gələ bilər

ABŞ gələn həftə öz məhsullarına 15 % rüsum tətbiq edərsə, Fransa şərab və spirtli içkilər sənayesi 1 milyard avro itirə bilər.

Bu proqnozu Fransa Şərab və Spirtli İçkilər İxracatçıları Federasiyası (FEVS) təqdim edib.

FEVS-nin məlumatına görə, bu ssenaridə qeyd edilən məhsulların Fransadan illik ixracı dörddə bir həcmdə azalacaq. Bundan başqa, bu sahədə çalışan 600 min adamın işi risk altında olacaq.

Federasiya prezidenti Qabriel Pikar isə bildirib ki, şərab və spirtli içkilərin 15 %-lik rüsumlardan azad olunması üçün səyləri alqışlayır:

“Vəziyyət olduğu kimi qala bilməz. Fransa və Avropa İttifaqının sektorumuza konkret dəstək göstərmək üçün bizimlə fəal əməkdaşlıq etməsi həyati əhəmiyyət kəsb edir”.

MənbəREPORT
Seçilən
22
2
banker.az

3Mənbələr