AZ

Tramp Putinlə danışmağı düşünür

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Ukrayna münaqişəsinin nizamlanması üçün nəzərdə tutulan 10 günlük müddət başa çatana qədər danışığının mümkünlüyünü istisna etməyib.

Bu barədə siyasətçi Ağ Evdə jurnalistlərə bildirib.

“Yaxşı, görərik. Bəzi görüşlərimiz olacaq, sonra nə olacağını görəcəyik”, – deyə o bildirib.

Bir gün əvvəl Tramp xüsusi elçisi Stiv Uitkoffun Rusiyaya səfər edəcəyini açıqlamışdı. Onun sözlərinə görə, amerikalı İsrailə səfərindən dərhal sonra Moskvaya səfər edəcək.

MənbəREPORT
Seçilən
14
banker.az

1Mənbələr