AZ

Son Hın Min 10 il çıxış etdiyi “Tottenhem”dən ayrılır

“Tottenhem Hotspur”un hücumçusu Son Hın Min klubdan ayrılır.

İdman.biz xəbər verir ki, 33 yaşlı futbolçu bu barədə vətəni Cənubi Koreyada keçirdiyi mətbuat konfransında açıqlayıb.

2015-ci ildən "Tottenhem"də çıxış edən, komandanın kapitanı olan Son Hın Min deyir: “Bildirmək istəyirəm ki, bu yay klubdan ayrılmaq qərarını verdim. Hörmətlə qeyd etmək istəyirəm ki, klub da bu qərarımda mənə dəstək olur.

Bu, karyeramın ən çətin qərarı idi. Çoxlu möhtəşəm xatirələr var. Bu qərarı vermək inanılmaz dərəcədə çətin idi. İnkişaf etməyə davam etmək üçün yeni bir mühitə ehtiyacım var. Bir qədər dəyişikliyə ehtiyacım var – on il çox uzun bir müddətdir. Şimali Londona gələndə hələ uşaq idim, 23 yaşım var idi – çox gənc bir yaş. İndi isə bu klubdan böyümüş, qürurlu bir kişi kimi ayrılıram.

“Tottenhem” azarkeşlərinə göstərdikləri sevgi üçün təşəkkür etmək istəyirəm. Ümid edirəm ki, belə bir qərar üçün doğrudan da doğru zamandır. Ümid edirəm ki, hamı bunu anlayacaq və hörmətlə qarşılayacaq.

Komanda yoldaşlarıma bunu demək çox çətindir, çünki onlarla ailəndən də çox vaxt keçirirsən.

Klubu tərk etmək qərarını verəndən xeyli vaxt keçib. Son günlər çox çətin keçdi. Çöldən enerjili görünmək asan deyildi, amma klubuma və komanda yoldaşlarıma zərər verməmək üçün əlimdən gələni etdim. Qərar artıq verilib, amma burada qalan son iki gündə azarkeşlərlə gözəl xatirələr yaratmaq istəyirəm”.

Qeyd edək ki, Son Hın Min ümumilikdə 10 il ərzində "Tottenhem"in heyətində 454 oyunda 173 qol vurub.

İdman.biz

Seçilən
4
1
idman.biz

2Mənbələr