Fransanın "Lion" klubu Nikolas Tagliafico ilə yeni müqavilə imzalayıb.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı argentinalı fransız klubu ilə 2027-ci ilə qədər müqavilə imzalayıb.
Tagliafico ilə bir neçə ingilis klubu maraqlanırdı.
"Transfermarkt" portalı futbolçunun dəyərini 6 milyon avro qiymətləndirir.
2024/25 mövsümündə Tagliafico bütün yarışlarda 33 matçda iştirak edib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.