AZ

Bu bank minlərlə işçini işdən çıxarır

Avropanın aparıcı banklarından olan Santander, xərcləri azaltmaq məqsədilə 2 min nəfəri işdən çıxaracağını və bəzi filiallarda iş saatlarını azaldacağını açıqlayıb. Bank bu qərarı, ilin ilk yarısında əldə edilən mənfəətin azalması fonunda verib.

News24.az xəbər verir ki, qurum mart ayında 95 filialını bağlayacağını, 50 filialda isə iş saatlarını azaldacağını bildirmişdi. Yeni addımlarla birlikdə bankın ölkə üzrə yalnız 290 tam xidmət göstərən filialı qalacaq.

İxtisarlar əsasən müştərilərin onlayn bankçılığa yönəlməsi və fiziki filiallardan istifadəni azaltması ilə əlaqələndirilir.

Xatırladaq ki, Santander ötən ilin oktyabrında İngiltərədə 1400 nəfəri işdən çıxaracağını bildirdi. Bank, həmçinin yaxın günlərdə 2,65 milyard funt sterlinq qarşılığında TSB bankını almaq üçün razılaşma imzalayıb.

Xeyrənsə Piriyeva

Seçilən
86
1
news24.az

2Mənbələr