AZ

Qlobal fond bazarlarında kəskin eniş müşahidə edilir - İNDEKSLƏR

Avqustun 1-də ABŞ və Avropa fond bazarlarında indekslərdə ciddi eniş müşahidə edilib.

"APA-Economics" xəbər verir ki, ABŞ-da Dow Jones indeksi 542,40 bənd və ya 1,23% azalaraq 43 588,58 bəndə, S&P 500 indeksi 101,38 bənd və ya 1,60% enərək 6 238,01 bəndə, Nasdaq Composite indeksi 472,32 bənd və ya 2,24% ucuzlaşaraq 20 550,13 bəndə enib.

Bundan əlavə, NYSE Composite indeksi 190,75 bənd və ya 0,93% azalaraq 20 267,69 bənd olub. S&P/TSX Composite indeksi isə 239,35 bənd və ya 0,88% azalma ilə 27 020,43 bəndə geriləyib.

Avropa bazarlarında da azalma tendensiyası davam edib. Euro Stoxx 50 indeksi 154,32 bənd və ya 2,90% azalaraq 5 165,60 bənd, FTSE 100 indeksi 64,23 bənd və ya 0,70% geriləyərək 9 068,58 bənd, DAX indeksi idə 639,50 bənd və ya 2,66% azalma ilə 23 425,97 bəndə düşüb.

CAC 40 indeksi 225,81 bənd və ya 2,91% enərək 7 546,16 bəndlə bağlanıb.

IBEX 35 indeksi isə 270,30 bənd və ya 1,88% azalaraq 14 126,70 bənd təşkil edib.

Analitiklər qeyd edirlər ki, ümumilikdə, investorların riskli aktivlərdən uzaqlaşması, ABŞ-da mümkün faiz artımı və Avropada iqtisadi yavaşlama ilə bağlı narahatlıqlar fond bazarlarında enişi sürətləndirib.

Seçilən
34
1
apa.az

3Mənbələr