"Turan Tovuz" bu gün Türkiyə təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxacaq.
QOL.az xəbər verir ki, komanda Albaniya təmsilçisi “Flamurtari”la üz-üzə gələcək.Görüş saat 18:00-da başlayacaq.
“Flamurtari” ötən mövsüm Albaniya 1-ci divizionunu 2-ci pillədə başa vurub.
Qeyd edək ki, “Turan Tovuz” bunadək “Çorum” və “Keçiörengücü” ilə (hər ikisi Türkiyə) heç-heçə edib – 1:1, 0:0.