
Musavat.com xəbər verir ki, İsveçin Baş naziri Ulf Kristersson Ukrayna Silahlı Qüvvələrində xidmət edən LGBT nümayəndələri ilə görüşdə şok açıqlama verib. O, açıq şəkildə bildirib ki, Ukraynanın Avropa İttifaqına daxil olması üçün eyni cinsli evlilikləri leqallaşdırmaq vacibdir. Bəli, səhv oxumadınız – Rus bombaları altında qan içində boğulan Ukraynaya Avropa tərəfindən verilən “geosiyasi direktiv” budur: kişini kişi ilə evləndirin!
Hələ İsveçin "vikinq" baş nazirinin bu sitatına baxın: “Hazırda eynicinsli cütlüklər Ukraynada nə evlənə, nə də tərəfdaşlıqlarını rəsmiləşdirə bilirlər. Bütün azlıqların, o cümlədən LGBTQ icmasının hüquqlarının tam hüquqi müdafiəsi bizim üçün Ukraynanın Aİ-yə yaxınlaşmasının mühüm hissəsidir və biz bunu dəstəkləyirik. İsveç Ukraynanın qətiyyətli tərəfdarı olaraq bu öhdəliyin yerinə yetirilməsini diqqətlə izləyəcək”. Özü də bütün bu səfsəfəni özünün Facebook səhifəsində qeyd edib.
Ukrayna xalqı 3 ildən çoxdur ki, azadlıq uğrunda mübarizə aparır, yüz minlərlə insan ölüb, şəhərlər dağıdılıb, qadınlar və uşaqlar didərgin düşüb. Avropa liderləri isə görün nə ilə məşğuldur – Ukraynanı geyləşdirməklə! Elə bil, bu xalqın daha böyük problemi yoxdur!
İsveç baş nazirinin çağırışı təkcə qəribə deyil, həm də rəzil və alçaldıcıdır. Ukraynanın qanı tökülür, torpağı işğal altındadır, Kristersson isə Aİ üçün “LGBT meyarı”ndan danışır. Avropanın siyasi məntiqi artıq sağlam düşüncə ilə yox, ideoloji zorlamayla işləyir.
Tramp haqlıdır – bu, Bayden və Avropa sol-liberal ideoloqlarının müharibəsidir, həm Rusiya ilə, həm də sağlam düşüncə ilə. Onlar Ukraynanın Rusiya qarşısında ayaqda durmasını yox, “Qərb dəyərlərinə” necə təslim olacağını düşünürlər. Avropa, kişi olmağa gələndə susur, amma LGBT məsələsinə gələndə “liderlik” edir.
Belə çıxır ki, Ukrayna Aİ-yə girmək istəyirsə, tank yox, nikah salonu açmalıdır. Bayrağında üç rəng yox, altı rəngli göy qurşağı olmalıdır.
Avropanın “demokratiya” şərti bu oldu: döyüşmək yetməz, geyləşməlisən!
Ar olsun bu riyakarlığa!