“Abşeron Lions” yeni mövsüm öncəsi ilk transferini reallaşdırıb.
Sportinfo.az xəbər verir ki, litvalı basketbolçu Gediminas Orelik "Abşeron Lions"la anlaşıb.
35 yaşlı oyunçu karyerası ərzində bir çox klubların şərəfini qoruyub. 2 metr boya malik hücumçu müxtəlif vaxtlarda Türkiyənin "Banvit" və "Beşiktaş" klublarının formasını geyinib.
O, 2018-ci ildə İtaliyanın "Umara Reyer Venetsiya" klubu ilə FIBA Avropa kubokunun qalibi olmağı bacarıb. Gediminas son mövsümü Rumıniya təmsilçisi "Universitatya" klubunun heyətində keçirib.