AZ

Pentaqon dünyanın ən böyük silah istehsalçısı ilə müqavilə imzalayıb

Pentaqon dünyanın ən böyük silah və aerokosmik sistemlər istehsalçısı olan “RTX Corporation” ilə 50 milyard dollar dəyərində 20 illik müqavilə imzalayıb.

Bu haqda Pentaqonun yaydığı bəyanatda deyilir.

” RTX korporasiyası RTX sistemlərinin və son məhsulların tədarükü, ehtiyat hissələrinin verilməsi, xidmətlərin göstərilməsi və digər dəstək növləri üzrə, müqavilədə müəyyən edilmiş şərtlərə uyğun olaraq, maksimum 50 milyard ABŞ dollarınadək çərçivə müqaviləsi əldə edib. Bu, 20 illik müqavilədir. Müqavilənin başa çatma tarixi 31 iyul 2045-ci ildir “, – Pentaqonun bəyanatında deyilir.

Müqavilə üzrə işlərin həm ABŞ-də, həm də xaricdə aparılacağı dəqiqləşdirilir.

MənbəAPA
Seçilən
9
4
banker.az

5Mənbələr