AZ

“Levski”nin rəhbəri “Sabah”dan danışdı

style='margin-bottom:10px;'>

"Levski” (Bolqarıstan) klubunun icraçı direktoru Daniel Borimirov Azərbaycanın “Sabah” komandasına qarşı Konfrans Liqasının 3-cü təsnifat mərhələsində keçirəcəkləri oyun ərəfəsində açıqlama verib.

QOL.az bu barədə Bolqarıstan mətbuatına istinadən xəbər verir. O, jurnalistlərə açıqlamasında Avroliqada “Braqa” ilə matçdan sonra komandada yorğunluq olduğunu söyləyib. D.Borimirov bildirib:

“Futbolçularda emosional yorğunluq olub-olmadığını deyə bilmərəm, amma fiziki yorğunluğun toplandığı aydındır. Qarşıdakı 1-2 gün ərzində özümüzə gəlməli, nəfəs dərməli və çempionat oyununa köklənməliyik. Bazar günü qələbə qazanmaq vacibdir (ölkə çempionatında “Slavia” ilə oyun nəzərdə tutulur - red.). Çünki azarkeşlər bizi dəstəkləməyə gələcəklər. Bu müsbət enerjini Avropadakı növbəti oyuna daşımalıyıq”. 

Klub rəhbəri “Sabah” barədə də fikirlərini deyib və onun barəsində hörmətlə danışıb: “Sabah” yetərincə ciddi rəqibdir və onu zəif hesab etsək, problemlə üzləşə bilərik”.

Xatırladaq ki, “Levski” ilə “Sabah” arasında ilk oyun avqustun 7-də Sofiyada, cavab matçı avqustun 14-ü Bakıda keçiriləcək.

Seçilən
14
2
teleqraf.com

3Mənbələr